6 ayda 1,5 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bu ilin altı ayında ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.
Dövlət Komissiyasının İşçi qrupundan YeniAvropa-ya bildiriblər ki, cari ilin altı ayında narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 1853 fakt aşkarlanıb. Onlardan 525-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1180-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 118-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 585 kiloqram 686,765 qram müxtəlif növ narkotik vasitələr, o cümlədən 6958 çətənə kolu müsadirə edilib.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 510 kiloqram 752,924 qramını marixuana (32,2 faiz), 199 kiloqram 523,602 qramını tiryək (12,6 faiz), 803 kiloqram 880,072 qramını heroin (50,7 faiz), 51 kiloqram 356,945 qramını həşiş (3,2 faiz), 16 kiloqram 215,884 qramını digərləri (1 faiz), 2 kiloqram 886,845 qramını psixotrop maddələr (0,2 faiz), 2510,732 prekursorlar (0,1 faiz), o cümlədən 2 kiloqram 256,4 qramını güclü təsir edən maddə, 1 kiloqram 480,2 qramını zəhərli maddələr, 0,01 qram Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 397 flakon Mydrax 100 faiz və 4961 ədəd həb təşkil edib.
Həmçinin Daxili İşlər Nazirliyinin (DİN) təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 384 hektar 44 sot ərazidən 78 ton 883 kiloqram 897 qram (158 min 034 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb