“Hazırda Ukrayna ilə yüksək səviyyədə danışıqların perspektivi yoxdur”.
YeniAvropa Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
“Hazırda heç bir danışıqlar perspektivini nəzərdən keçirmirik. Bunun üçün heç bir ilkin şərait yoxdur”, - Kreml rəsmisi vurğulayıb.
Eyni zamanda, D.Peskov Rusiya prezidenti Vladimir Putinin cəbhədəki hər dəyişikliklə bağlı məlumatlandırıldığını qeyd edib:“Xüsusi hərbi əməliyyat davam edir və əvvəl qoyulan məqsədlərə nail olmaq üçün davam edəcək”.