Türkiyədə 12 sentyabr hərbi çevrilişindən 42 il ötür
Türkiyədə demokratiya tarixinin qanlı səhifələrindən biri olan, 1980-ci il sentyabrın 12-də baş verən hərbi çevrilişdən 42 il ötür.
YeniAvropa xəbər verir ki, bu hərbi çevriliş sentyabrın 12-də səhər “TRT” radiosunda səsləndirilən İstiqlal və Hərbi marşların ardından Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Kənan Evren tərəfindən imzalanan “Bir nömrəli bəyannamə”nin oxunmasından sonra başlayıb. “Bayraq hərəkatı” kimi tanınan hərbi çevriliş zamanı 1970-ci ildən sonra dəyişdirilən 1961-ci il Konstitusiyasının tətbiqi dayandırılıb və Türkiyə Böyük Millət Məclisi ləğv olunaraq antidemokratik fəaliyyətlər davam etdirilib. Qeyri-hökumət təşkilatlarını hədəfə alan inqilabçılar Türk Hava Təşkilatı, Uşaq Müdafiə Agentliyi və Qızıl Aypara Komitəsi istisna olmaqla, bütün dərnəklərin və siyasi partiyaların fəaliyyətini dayandırıblar. Baş nazir Süleyman Dəmirəl başda olmaqla, bir çox dövlət nümayəndələri Uzunadaya sürgün edilib. Türkiyənin hər baxımdan geriləməsinə səbəb olan bu çevrilişin səbəbkarları, eyni zamanda, uzun illər keçməsinə baxmayaraq, yaddaşlardan silinməyən ölüm hökmlərinin də memarı olublar.
Bu çevriliş nəticəsində Türkiyə siyasəti yenidən qurulub, ölkə böyük itkilər verib. Doqquz il davam edən yeni hərbi dövrdə 650 min nəfər saxlanılıb. Ümumilikdə hazırlanan 210 min iddianamə əsasında 230 min insan mühakimə olunub, 7 mindən çoxu üçün ölüm hökmü tələb edilib. 517 nəfərin edam cəzasına məhkum edildiyi prosesdə 50 nəfər darağacına göndərilib. Bu dövr ərzində ölkə iqtisadiyyatına təxminən 50,4 milyard dollar məbləğində zərər dəyib.
Dövlət çevrilişini törədənlərə, o cümlədən Kenan Evren və ölkənin Hava Qüvvələrinin ozamankı komandanı Tahsin Şahinkaya haqqında ilk cinayət işi 2011-ci ildə Ankara Baş Prokurorluğu tərəfindən başlanıb. Hazırlanan iddianamənin Ankara Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2012-ci il yanvarın 10-da qəbul edilməsi ilə Türkiyə tarixində ilk dəfə dövlət çevrilişində təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov