logo

Ukrayna limanlarından taxıl yüklü daha 5 gəmi yola çıxıb

13:58 10-09-2022 | icon 2618
Ukrayna limanlarından taxıl yüklü daha 5 gəmi yola çıxıb

"Taxıl təşəbbüsü"nün həyata keçirilməsi çərçivəsində sentyabrın 10-da Ukrayna ərzaq məhsulları ilə dolu daha 5 gəmi “Odessa”, “Çornomorsk” və “Cənub” limanlarını tərk edib.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, gəmilərin göyərtəsində ümumilikdə 90 min ton kənd təsərrüfatı məhsulu var. Gəmilər Afrika və Avropa ölkələrinə yola düşüb.

Vurğulanıb ki, “taxıl dəhlizi” işə başlayandan indiyədək 2,6 milyon ton Ukrayna kənd təsərrüfatı məhsulu ixrac edilib.