Hindistan hökuməti ölkədən düyü ixracına (basmati növü istisna olmaqla) əlavə 20 faizlik rüsum tətbiq olunması barədə qərar qəbul edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Maliyyə Nazirliyi əlavə rüsumların sentyabrın 9-dan tətbiq olunacağını açıqlayıb. Qərar yerli istehlakçıların tələbatını ödəmək üçün kifayət qədər düyü ehtiyatının toplanmasını təmin etmək məqsədi daşıyır. Çünki bəzi bölgələrdə iqlim şəraiti ilə əlaqədar məhsuldarlıq aşağı olub. Bir müddət əvvəl Ərzaq Nazirliyi hökumətə daxili tələbatı ödəmək üçün düyü ixracına əlavə rüsumun tətbiqini təklif etmişdi. Ekspertlər dünyadakı taxıl qıtlığının da Hindistan hökumətinin belə bir qərar qəbul etməsinə səbəb olduğunu bildirirlər.
Qeyd edək ki, Hindistan dünyada xaricə ən çox düyü satan ölkədir. Qlobal düyü satışının 40 faizini Hindistan təmin edir. Ölkə ötən mövsüm 22 milyon ton düyü ixrac edib. Bu, ümumi düyü istehsalının altıdabiri deməkdir.