logo

Böyük Britaniya Kraliçası II Elizabet 96 yaşında vəfat edib

22:46 08-09-2022 | icon 6146
Böyük Britaniya Kraliçası II Elizabet 96 yaşında vəfat edib

Böyük Britaniya Kraliçası II Elizabet 96 yaşında vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Bukingem sarayının məlumat yayıb.

Bildirilib ki, Kraliça II Elizabetin son günlər yaşadığı Balmoral qəsrində (Şotlandiya) vəfat ediib. Onun nəşi sabah Londona gətiriləcək.

Britaniya KİV-i qeyd edir ki, II Elizabetin oğlu, keçmiş Uels şahzadəsi Çarlz Böyük Britaniyanın yeni kralı olub. 73 yaşlı Çarlz indiyədək Britaniya taxt-tacına keçən ən yaşlı varisdir. Britaniyada 10 günlük matəm elan edilib. Matəm II Elizabet dəfn edilən gün bitəcək.

Elizabet 1926-cı il aprelin 21-də York hersoqu və hersoginyasının (sonradan Kral VI Georq və Kraliça Konsorti Elizabet) ailəsində anadan olub. O, taxta 1952-ci il fevralın 9-da çıxıb.

2022-ci ilin iyununda II Elizabetin Britaniya taxtına çıxmasının 70 illiyi qeyd edilib. Onun idarəçiliyi dövründə Böyük Britaniyada Uinston Çörçilldən tutmuş Liz Trassa qədər 15 Baş nazir dəyişib.

İyulun əvvəlində məlum olub ki, II Elizabet öz vəzifələrinin bir hissəsini şahzadə Çarlza ötürəcək. Monarxın vəzifələrinin siyahısına düzəlişlər on ildə ilk dəfə edilib.