logo

Baş nazir Liz Trass ilk telefon danışığını Volodimir Zelenski ilə edib

20:52 06-09-2022 | icon 2702
Baş nazir Liz Trass ilk telefon danışığını Volodimir Zelenski ilə edib

Böyük Britaniyanın yeni baş naziri Liz Trass təyinatından sonra ilk telefon danışığını həyata keçirib. Yeni baş nazir ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün "Twitter" hesabında məlumat paylaşıb.

"Mən Britaniya xalqına Ukraynaya göstərdiyi hərbi və iqtisadi yardıma görə minnətdarlığımı bildirdim. Britaniya bu yardımları daha da gücləndirməyə hazırdır", - deyə Volodimir Zelenski paylaşımında qeyd edib.

Prezident Volodimir Zelenski Böyük Britaniyanın yeni baş nazirini Ukraynaya dəvət edib və onunla təhlükəsizlik təminatları barədə fikir mübadiləsi aparıb. Ölkə liderləri Ukraynanın bərpasında Britaniyanın iştirakını da müzakirə ediblər. "Biz bütün formatlarda fəal əməkdaşlığı davam etdirəcəyik", - deyə Ukrayna prezidenti vurğulayıb.

Xatırladaq ki, sentyabrın 6-da Liz Trass rəsmi olaraq Böyük Britaniyanın baş naziri vəzifəsinin icrasına başlayıb.