“Koroğlu” metro stansiyasının qarşısında yaranan tıxacların aradan qaldırılması üçün təkliflər hazırlanıb-VİDEO
Bakı Nəqliyyat Agentliyi metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (pramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb.Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev YeniAvropa-ya açıqlamasında deyib. M.Ağayevin sözlərinə görə, hər gün axşam saatlarında ərazidə müşahidə edilən vəziyyət həmin yoldan istifadə edən bütün hərəkət iştirakçılarının ciddi narazılığına səbəb olur. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə və facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə şəhər sakinləri tərəfindən çoxsaylı müraciətlər edilir. Əhalinin haqlı narazılığına səbəb olan bu hal Bakı Nəqliyyat Agentliyini də narahat edən əsas məsələlərdəndir.
Şəhərin küçə və prospektlərində nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri ərazidə təhlillər aparıb. Müəyyən edilib ki, “Koroğlu” metrostansiyası (pramida formalı çıxışı) yaxınlığında avtobus dayanacaq məntəqəsinin mövcudluğu, orada şəxsi və taksi minik avtomobillərinin dayanaraq sərnişin mindirib-düşürməsi Heydər Əliyev prospektində, Mikayıl Əliyev küçəsində və Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranmasına səbəb olur.
Həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması üçün mövcud avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi və yol kənarına məhəccərlərin çəkilməsi məqsədəmüvafiq hesab edilir. Belə ki, qeyd edilən təklif reallaşacağı təqdirdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərkət edən avtobuslar metronun pramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşutlarının xidmətlərindən yararlana bilərlər.
Mütəxəssislərimizin hazırladığı təklif təsdiq edilməsi üçün Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim edilib.
Məlumat üçün onu da qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Atletlər kəndi” yaxınlığında yaradılan Nəqliyyat Mübadilə Mərkəzi “Koroğlu” metrostansiyasının həmin hissədəki çıxışının qarşısında səhər saatlarında müşahidə edilən tıxacın xaotik hərəkətin aradan qalxmasına səbəb olub.
https://www.youtube.com/watch?
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb