logo

Liz Trassın Ukraynaya səfərinə hazırlıqlara başlayıb

15:41 06-09-2022 | icon 2849
Liz Trassın Ukraynaya səfərinə hazırlıqlara başlayıb

Ukraynanın Londondakı səfirliyi Böyük Britaniyanın baş naziri vəzifəsində Boris Consonu əvəz edəcək Liz Trassın Kiyevə səfəri üçün hazırlıqlara başlayıb.

YeniAvropa  "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib.

Qeyd edək ki, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Liz Trassın bu gün, sentyabrın 6-da rəsmən baş nazir vəzifəsinə təyin olunacağı gözlənilir. O, partiyadaxili səsvermədə sabiq maliyyə naziri Rişi Sunaka qalib gələrək Boris Consonu əvəzləyəcək. Torilər hakim partiya olduğu üçün Liz Trass yeni hökuməti qurmaq hüququ qazanıb.