logo

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilir

09:09 06-09-2022 | icon 2149
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

YeniAvropa xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

Günün oyunları aşağıdakılardır:

E qrupu

20:45 - "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə)

23:00 - "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)

F qrupu

23:00 - "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:00 - "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya)

G qrupu

20:45 - "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka)

23:00 - "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

H qrupu

23:00 - PSJ (Fransa) - "Yuventus" (İtaliya)

23:00 - "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail)

Qeyd edək ki, ilk turun digər 8 matçı sentyabrın 7-də oynanılacaq.