logo

"Frayburq" "Qarabağ"a qarşı 6 hücumçu ilə oynayacaq

18:35 05-09-2022 | icon 1533
"Frayburq" "Qarabağ"a qarşı 6 hücumçu ilə oynayacaq

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ı qəbul edəcək Almaniya "Frayburq"u iştirak ərizəsini UEFA-ya göndərib.

YeniAvropa UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Frayburq təmsilçisinin baş məşqçisi Kristian Ştrayx siyahıya 24 futbolçunun adını daxil edib.

Onlardan 2-si qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.

Qapıçılar: 1. Benyamin Uphoff, 26. Mark Flekken (Niderland)

Müdafiəçilər: 2. Uqo Sike (Belçika), 3. Filip Linhardt (Avstriya), 5. Manuel Qulde, 17. Lukas Kübler, 28. Mattias Ginter, 30. Kristian Günter, 31. Keven Şlotterbek, 60. Endi Xoti (İsveçrə)

Yarımmüdafiəçilər: 7. Jonatan Şmid (Fransa), 8. Maksimilian Eggeştayn, 14. Yannik Kaytel, 27. Nikolas Höfler, 29. Çon U Yon (Cənubi Koreya), 32. Vinçentso Qrifo (İtaliya), 34. Merlin Röl, 42. Ritsu Doan (Yaponiya)

Hücumçular: 9. Lukas Höler, 11. Daniel-Kofi Köreh, 18. Nils Petersen, 22. Roland Şallai (Macarıstan), 38. Mixael Qreqoriç (Avstriya), 39. Vinsent Vermey (Niderland)

Qeyd edək ki, "Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-də keçiriləcək. "Europe Park" stadionunda təşkil olunacaq G qrupunun I tur oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.