logo

Böyük Britaniyanın baş naziri yenə qadın oldu

15:35 05-09-2022 | icon 2660
Böyük Britaniyanın baş naziri yenə qadın oldu

Sabiq xarici işlər naziri Liz Trass Böyük Britaniyanın yeni baş naziri seçilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Mühafizəkarlar Partiyasının lideri bu postda Boris Consonu əvəz edəcək.

Böyük Britaniyanın yeni hökumət başçısı gələcək planlarını da açıqlayıb. 

“Mənə olan inam üçün hər kəsə təşəkkür edirəm. Biz qarşıdakı 2 il ərzində iqtisadiyyatımızı genişləndirmək, enerji təhlükəsizliyinin təmin olunması üçün çalışacağıq. Biz əlimizdən gələni edəcəyik. Böyük uğur qazanacağımıza inanıram. 2024-cü il seçilərində bu uğuru yenidən ortaya qoyacağımıza əminəm”, - hökumət başçısı vurğulayıb.

 Baş naziri Liz Trass  sələfinə də təşəkkür edib. 

“Keçmiş lider, dostum Borus Consona təşəkkür edirəm. Boris, siz Kiyevə dəstəklə bağlı çox böyük işlər görmüsünüz”,-deyə o vurğulayıb.