logo

Ərgoğanın Balkan ölkələrinə səfəri başlayır

14:54 05-09-2022 | icon 2506
Ərgoğanın Balkan ölkələrinə səfəri başlayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 6-8-də Balkan regionu ölkələrindən Bosniya və Herseqovina, Serbiya və Xorvatiyaya səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə XİN-i məlumat yayıb. 

Üç günlük səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanın əvvəlcə Bosniya və Herseqovinada, daha sonra Serbiya və Xorvatiyada görüşlər keçirəcəyi planlaşdırılır.

Türkiyə prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri ilə görüşəcək və işgüzar şura iclaslarında iştirak edəcək. Səfər çərçivəsində iqtisadi əlaqələrin inkişafı və ticarət həcminin artırılması kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

İkitərəfli münasibətlər, iqtisadiyyat, ticarət və regional sülh və sabitliyin müzakirə ediləcəyi görüşlərdə bir çox problemin həllində vasitəçilik rolunu oynayan Türkiyənin Balkan regionunda da sülhü dəstəkləməyə davam edəcəyi ilə bağlı mesajlar verməsi gözlənilir.