logo

“LUKoil”in vitse-prezidenti intihar etdi

11:11 01-09-2022 | icon 8463
“LUKoil”in vitse-prezidenti intihar etdi

Rusiyanın “LUKoil” neft şirkətinin vitse-prezidenti Ravil Maqanov intihar edib.

YeniAvropa xəbər verir ki, barədə Rusiya mətbuatı məlumat yayıb.

68 yaşlı vitse-prezident özünü Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən atıb.Onun meyiti tibb işçiləri tərəfindən aşkar edilib. Ravil Maqanov aldığı xəsarətlərdən yerindəcə keçinib. 

Hadisənin səbəbləri hələlik məlum deyil, faktla əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, Ravil Maqanov 2020-ci ildə “LUKoil”in Direktorlar Şurasının sədri təyin edilib. O, 1993-cü ildən neft şirkətində çalışıb. 2006-cı ildə “LUKoil” SC-nin birinci vitse-prezidenti, 2020-ci ildə isə Direktorlar Şurasının sədri vəzifəsini icra edib.

file.-0+1+