Qazaxıstanda növbədənkənar prezident seçkiləri elan olunub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə prezident Kasım-Jomart Tokayev TV-də çıxışı zamanı deyib.
Seçkilələrin payızda keçirilməsinin planlaşdırıldığını deyən dövlət başçısı özünün də namizəd kimi iştirak edəcəyini bildirib.
Ölkə prezidenti eyni zamanda gələn il Qazaxıstanda yeni parlament seçkilərinin də keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
Xatırladaq ki, Kasım-Jomart Tokayevin prezident səlahiyyətləri 2024-cü ildə başa çatır.