Dünya birjalarında neftin qiyməti bahalaşıb. Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,52 dollar ucuzlaşaraq 74,12 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar artaraq 73,07 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1 dollar bahalaşaraq 70,46 dollar olub.