logo

Krım məsələsində Ankaranın Rusiya ilə razılaşmadığını əvvəldən bilirik-Peskov

15:30 31-08-2022 | icon 2653
Krım məsələsində Ankaranın Rusiya ilə razılaşmadığını əvvəldən bilirik-Peskov

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krım barədə dedikləri Ukrayna ilə münaqişəli vəziyyətlərin tənzimlənməsində Ankara ilə əməkdaşlıq etməyə mane olmur.

YeniAvropa  yerli mətbuata istinadla xəbər verir ki, bu fikri  RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında səsləndirib. Onun sözlərinə görə, Ankara Krım məsələsində Rusiya ilə razı olmadığını lap əvvəldən bildirib.

 “Lakin bu, bizim üçün sərfəli məqamlarda Türkiyə ilə qarşılıqlı fəaliyyət göstərməyimizə mane olmur. Buna görə bizə sərfəli olanda Türkiyə ilə ünsiyyət saxlamışıq və saxlayacağıq. Bizim qarşılıqlı fəaliyyəti dərinləşdirmək üçün çox yaxşı potensial imkanlar var”,-deyə D.Peskov bildirib.