I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb
1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət(yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı imzalanıb.
Qərarla təsdiq olunmuş “Qayda” Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına, habelə onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsini tənzimləyir.
Birdəfəlik ödəmənin məbləği Azərbaycan Respublikası Prezidentinin 23.12.2021-ci il tarixli 1513 nömrəli Fərmanı ilə aşağıdakı kimi müəyyən olunub:
I dərəcə əlilliyə görə – 8 800 manat;
II dərəcə əlilliyə görə – 6 600 manat;
III dərəcə əlilliyə görə – 4 400 manat.
Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır:
- 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;
- Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;
- Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər;
- Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər;
- Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.
Birdəfəlik ödəmə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına ödənilir.
"Babadağ"da həlak olan şəxsin meyiti tapılıb
İlham Əliyev Konyada Şimali Kipr Türk Respublikasının prezidentini qəbul edib
Rusiyanın Krımdakı aerodromunda silsilə partlayışlar olub
İlham Əliyev Konyada Fələstinin baş nazirini qəbul edib
Ceyhun Bayramov Qarabağdakı son gərginliyin səbəbini açıqlayıb
Bizimlə bir yerdə olanlar qazanar-Ərdoğan
Ermənistandan öz hərbçilərini Qarabağdan çıxarmasını israrla tələb edirik-Ceyhun Bayramov
Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan verdi-İlham Əliyev
Ermənistan istəsə də, istəməsə də Naxçıvanla quru əlaqələri qurulacaq
Kommunikasiyaların açılması ilə bağlı hələ də yekun nəticə yoxdur-Ceyhun Bayramov
Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır-İlham Əliyev
Laçında işğaldan sonra qanunsuz məskunlaşma aparılıb-Hikmət Hacıyev
Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır
Qadın millimiz Dünya Şahmat Olimpiadasında 8-ci olub
Ağdam Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənib
"Babadağ"da həlak olan şəxs cəsədi dronla axtarılır-FHN
Rusiya neftinin Ukrayna ərazisindən tranziti dayandırılıb
Kreml Ukraynanı “Bayraktar” zavodunu partladacağı ilə təhdid etdi
Ceyhun Bayramov Türkiyənin aparıcı KİV-lərinə müsahibə verib
İlham Əliyev və Mehriban Əliyeva Konyada azərbaycanlı idmançılarla görüşüb
Sabah Bakıda şimal küləyi əsəcək, 33° isti olacaq
İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
Cənubi Qafqazda bərpa olunan sülh Ermənistan üçün də bir fürsətdir-Hulusi Akar
18 il əvvəl Yasamalda qətl törədib,evdən külli miqdarda pul aparan şəxslərin məhkəməsi bağlayır
Azərbaycan nefti 98,74 dollara satılır