Bu gün səhər saatlarında Ukraynanın Xarkov şəhərinin mərkəzi hissəsinin artilleriya atəşinə tutulması nəticəsində azı 5 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,bu barədə Xarkov şəhər meri İqor Terexov "Telegram" səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Xarkovun mərkəzinə azı səkkiz mərmi atılıb, nəticədə mülki obyektlər, istirahət mərkəzi dağılıb. Hazırda xilasetmə işləri davam etdirilir.