Türkiyədə Zəfər bayramı qeyd olunur
Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü” kimi qeyd olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.
YeniAvropa xəbər verir ki, 1919-cu ildə Anadolunun işğalı türk xalqının yaddaşına ağır izlər buraxıb. Düşmən qüvvələrin donanması İstanbulu zəbt edib. Fransız ordusu Adanada, ingilislər Urfa, Maraş, Samsun və Merzifonda, İtalyanlar Antalya və Anadolunun cənub-qərbində yerləşiblər. Müttəfiq qüvvələrin razılığı ilə 1919-cu il mayın 15-də yunan qoşunlarının İzmirə çıxması vəziyyəti daha da ağırlaşdırıb.
Mustafa Kamal Paşanın komandanlığı ilə yenidən milli-azadlıq mücadiləsinə qalxan mətanətli türk xalqı 1921-ci ildə Sakaryanı qəhrəmanlıqla qoruyub. Sakaryada 22 gün gecə gündüz döyüşən türklər avqustun 23-də düşmənin hərəkətini dayandırıb ona sarsıdıcı zərbələr vurublar. Bu savaşda türk ordusu böyük itki versə də geri çəkilməyib, düşmənin qarşısını cəsarətlə alınıb. Sakarya savaşında türk ordusu çox sayda zabit şəhid verdiyi üçün bəzən bu döyüşləri “zabitlər savaşı” kimi də adlandırırlar.
Nəhayət Anadolunun düşməndən azad olunması uğrunda gedən növbəti savaşların da başlanğıcı avqust ayına təsadüf edib. 1922-ci il avqustun 26-da Mustafa Kamal Atatürkün komandanlığı ilə bütün cəbhəboyu hücuma keçmək əmri alan türk ordusu düşməni hər tərəfdən sıxışdırıb. Avqustun 30-da Kütahyanın işğaldan azad edilməsi düşməni vəlvələyə salıb. Düşmən bütün istiqamətlərdə geri çəkilməyə, türk yurdunu azad etməyə məcbur olub. Bu döyüşlər türk xalqının şanlı azadlıq tarixinin dönüş nöqtəsinə çevrildi.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq