logo

İraqda etirazçılar Respublika Sarayına soxulublar

15:55 29-08-2022 | icon 2296
İraqda etirazçılar Respublika Sarayına soxulublar

İraqın paytaxtı Bağdadda etirazçılar hökumətin toplaşdığı binaya soxulublar.

YeniAvropa  xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar şiə lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdikdən sonra başlayıb.

Onun tərəfdarları Respublika Sarayına soxulublar, burada polislə toqquşmalar olub.

Məlumata görə, hazırda paytaxtda komendant saatı elan olunub.