logo

Bayden Zelenskiyə zəng etdi

22:22 25-08-2022 | icon 2737
Bayden Zelenskiyə zəng etdi

Avqustun 25-də ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında telefon danışığı olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün "Twitter" hesabında məlumat paylaşıb.

Zelenski ABŞ prezidenti Co Baydenlə səmərəli söhbət etdiyini yazıb.

“ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik”,-deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl iki dövlətin liderləri arasında telefon danışığı iyunun 16-da olub.