logo

Putin Rusiya ordusunun sayını artırır

17:17 25-08-2022 | icon 2870
Putin Rusiya ordusunun sayını artırır

Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrin şəxsi heyətinin sayının artırılması haqqında fərman imzalayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, sənədə əsasən, Rusiya ordusunun şəxsi heyətinin sayı 137 min nəfər artırılaraq, 2 milyon 39 min 758 nəfərə çatdırılacaq.

Bundan əvvəl, 2017-ci ildə imzalanmış fərmanda ordunun şəxsi heyətinin sayı 1 milyon 902 min 758 əsgər və zabit müəyyən edilmişdi.

 

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, müharibə başlayandan bəri Rusiya ordusu 45 mindən çox hərbçisini itirib.