logo

Rusiya Ukraynanın dəmiryol stansiyasını bombalayıb: 22 nəfər həlak olub

09:09 25-08-2022 | icon 2779
Rusiya Ukraynanın dəmiryol stansiyasını bombalayıb: 22 nəfər həlak olub

Rusiyanın işğalçı ordusu tərəfindən Ukraynanın Dnepropetrovsk vilayətinin Çaplino qəsəbəsinin dəmiryol stansiyasının raket atəşinə tutulması nəticəsində azı 22 nəfər həlak olub, 50 nəfərə yaxın insan xəsarət alıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə məlumat yayıb.

Prezidentin məlumatına görə, həlak olanlardan 5-i öz avtomobilində yanıb. Bir nəfər isə 11 yaşlı yeniyetmədir.

Dəmiryol stansiyasında axtarış-xilasetmə işləri davam etdirilir.