Rusiyanın Ryazan vilayətində meşə yanğınlarının sahəsi genişlənərək 11,7 min hektara çatıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, yanğın artıq Moskva vilayətinə yaxınlaşır. Bu barədə Vladimir vilayətinin qubernatoru Yevgeni Malşev məlumat verib.
Onun sözlərinə görə, alov Moskva vilayətinin Şaturski rayonuna doğru irəliləyir. Avqustun 24-də Rusiya prezidenti Vladimir Putin ölkədə meşə yanğınlarının artması ilə əlaqədar müşavirə keçirib. Regionda fövqəladə vəziyyət rejimi elan olunub.
Yanğının söndürülməsində yanğınsöndürənlərlə yanaşı, paraşütçülər də iştirak edirlər.