Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,5 dollar bahalaşaraq 74,64 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar artaraq 72,80 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,29 dollar bahalaşaraq 69,75 dollar olub.