Türkiyə və İsrail arasında qarşılıqlı olaraq səfirlər təyin edilməsi üzrə iş başa çatmaq üzrədir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində bildirib.
“Artıq bizdə mümkün səfirlərin adları var, iş yekunlaşmaq üzrədir. Fələstin hakimiyyəti Türkiyə və İsrail arasında münasibətlərin normallaşması prosesini alqışlayır”, - deyə o, müsahibəsində bildirib.
Mayın 25-də İsrailə gedən Mövlud Çavuşoğlu son 15 ildə həmin ölkəyə səfər etmiş ilk Türkiyə rəsmisi olub.
Xatırladaq ki, 2010-cu ildə İsrail xüsusi təyinatlıları Qəzza sektorunun blokadasını yarmağa cəhd göstərən “Mavi Mərmərə” tankerini tutduqdan sonra yaranmış böhranla əlaqədar iki ölkə arasında münasibətlər pozulmuşdu. Tərəflər diplomatik münasibətlərin səviyyəsini azaltmış və öz səfirlərini geri çağırmışdılar.
Səfirlərin təyin olunması məsələsi iyunun 23-də o vaxt İsraılin xarici işlər naziri, hazırda isə yəhudi dövlətinin Baş naziri Yair Lapidin Ankaraya səfəri çərçivəsində müzakirə olunmuşdu