Polşa prezidenti Andjey Duda Ukrayna rəhbərliyi ilə bu ölkəyə hərtərəfli dəstək məsələlərini müzakirə etmək üçün Kiyevə səfər edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşa liderinin dəftərxanasının rəhbəri Pavel Şrot bildirib.
“Prezident Andjey Duda Kiyevə gəlib. O, buraya Ukrayna prezidenti Volodimir Zelenskinin dəvəti ilə səfər edib. Səfər proqramına prezidentlə görüş, Ukraynaya avadanlıq baxımından hərbi dəstək, habelə iqtisadi, humanitar və siyasi mənada dəstək barədə danışıqlar daxildir”, - deyə Pavel Şrot bildirib.
Onun sözlərinə görə, Polşa prezidenti daha sonra “Krım platforması” sammitində iştirak edəcək.
2021-ci ildə Ukrayna prezidenti tərəfindən əsası qoyulmuş “Krım platforması” yarımada ilə bağlı bütün məsələlərin strukturlaşdırıması üçün məşvərət və kommunikasıya formatıdı.