Bu gün, avqustun 23-ü Ukraynada Dövlət Bayrağı Günü kimi qeyd olunur.
YeniAvropa “Ukrinform”a istinadən xəbər verir ki, bu bayram 2004-cü il 23 tarixli fərmanla təsis olunub.
Ukraynanın mavi-sarı rəngli bayrağı ilk dəfə 1990-cı il martın 14-də rəsmi olaraq dalğalanıb.
1991-ci il avqustun 23-də bir qrup xalq deputatı Ukrayna bayrağını Ali Radanın iclas zalına gətirib. Həmin bayraq sentyabrın 4-də təntənəli şəkildə parlament binası üzərində qaldırılıb.