logo

Dövlət Neft Fondu bu il 2,8 ton qızıl alıb

19:17 19-07-2018 | icon 2744
Dövlət Neft Fondu bu il 2,8 ton qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə 2,8 ton qızıl alıb.

YeniAvropa xəbər verir  ki, bu haqda ARDNF-dən bildirilib.

“2017-ci ilin sonuna Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 30 ton 174,9 kiloqram (970 145,51 troya unsiyası) olub. Cari ildə London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker üzvü olan banklardan əlavə olaraq 2 ton 799,31 kiloqram (90 000 troya unsiyası) alınması ilə ARDNF-in investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı 2018-ci il iyunun 30-na 32 ton 974,21 kiloqram (1 060 145,51 troya unsiyası) və yaxud 1 milyard 326,5 milyon ABŞ dolları təşkil edib. Əlavə olaraq qeyd etmək istərdik ki, ARDNF-in investisiya siyasəti ilə nəzərdə tutulan xüsusi çəki çərçivəsində qızıl investisiyalarının davam etdirilməsi nəzərdə tutulur”, - deyə Dövlət Neft Fondunun açıqlamasında qeyd olunur.