Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter" hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, xəsarət alan 26 nəfərdən 6-sının vəziyyəti ağırdır.
Qəzadan sonra Mardinə gedən daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının artdığını açıqlayıb. "Hadisə bütün təfərrüatları ilə araşdırılır, bütün ehtimallar dəyərləndiriləcək", - deyə nazir bildirib.
Qeyd edək ki, əvvəlcə TIR idarəetməni itirərək qəza törədib. Hadisə yerinə çoxlu insan toplaşıb və qəza törədən sürücünü xilas etməyə çalışıblar. Bu zaman başqa bir TIR yüksək sürətlə hadisə yerənə yaxınlaşıb və idarəetməni itirərək həmin aşan yük mqaşınına çırpılıb. Maşın çoxlu sayda insanı əzərək üstlərindən keçib. Xeyli sayda insan həlak olub və yaralanıb.