logo

Rəisi Ərdoğanla İran-Türkiyə əməkdaşlıq sazişi imzalaladı

18:19 19-07-2022 | icon 2800
Rəisi Ərdoğanla İran-Türkiyə əməkdaşlıq sazişi imzalaladı

Prezidentlər İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İran və Türkiyə arasında əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,Türkiyə prezidentinin İrana səfəri çərçivəsində dövlətlər arasında nəqliyyat-tranzit, energetika, kənd təsərrüfatı, idman və gənclər, yeni texnologiyalar sahələrində əməkdaşlıq haqqında sənədlər imzalanıb. Qərara alınıb ki, yeni texnologiyaya əsaslanan birgə müəssisələr və sərbəst iqtisadi zonalar yaradılsın. Sənədləri iki dövlətin müvafiq qurumlarının rəhbərləri imzalayıblar.

İmzalanma mərasimindən sonra mətbuata açıqlama verən prezidentlər səfərin nəticələrini yüksək qiymətləndiriblər. İran prezidenti İbrahim Rəisi nəzərə çatdırıb ki, tərəflər beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə aparmaq haqqında razılığa gəliblər. Bundan başqa, İranın Türkiyəyə qaz ixracı məsələsinə də baxılıb. İran Türkiyə bazarına qaz satmaqda davam edəcək.

İbrahim Rəisi qeyd edib ki, iki dövlət daha geniş əlaqələr qurmaq üçün böyük potensiala sahibdir. Bu potensialdan istifadə edib qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da artırmaq zəruridir.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin qonşularla yaxın əlaqələri davam etdirməkdə maraqlı olduğunu və faydalı əməkdaşlığa daim hazır olduğunu bildirib. Diqqətə çatdırıb ki, İran da Türkiyə kimi terrordan əziyyət çəkən dövlətdir və bununla mübarizə aparmaq üçün əməkdaşlığa hazırdır.

Türkiyə Prezidenti səfərin nəticələrini yüksək qiymətləndirib.