logo

Zelenski hökumətdə ciddi kadr dəyişikliyi etdi

09:49 18-07-2022 | icon 2765
Zelenski hökumətdə ciddi kadr dəyişikliyi etdi

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin(UTX) rəhbəri İvan Bakanovu və baş prokuror İrina Venediktovanı vəzifəsindən uzaqlaşdırıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu bağlı Ukrayna prezidenti müvafiq sərəncamlar imzalayıb.

Sərəncamla Ukrayna prezidenti İ.Venediktovanı vəzifəsindən uzaqlaşdıraraq baş prokuror vəzifəsini onun müavini Aleksey Simonenkoya həvalə edib.

Prezident digər sərəncamla Ukrayna Silahlı Qüvvələrinin İntizam nizamnaməsi əsasında İ.Bakanovu UTX-nin rəhbəri vəzifəsindən kənarlaşdırıb.