ANAMA-nın 20 illik yubileyi qeyd edilib
İyulun 18-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
YeniAvropa xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə silah-sursat maketlərinin nümayiş etdirildiyi sərgi ilə tanış olublar. Tədbirin rəsmi hissəsi dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ANAMA-nın yaranmasının 20 illik yubileyi münasibətilə prezident İlham Əliyevin təbriklərini çatdırıb.
Agentliyin uğurlu fəaliyyətindən danışan Fuad Ələsgərov bildirib ki, fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA qarşısında qoyulmuş tapşırıqları uğurla yerinə yetirib və öz sıralarına peşəkar kadrlar cəlb edib, maddi-texniki bazasını müasir standartlar səviyyəsinə yüksəldib.
“Azərbaycan prezidenti İlham Əliyev ANAMA ilə səmərəli əməkdaşıq qurmuş xarici tərəfdaşların, donor ölkə və təşkilatların fəaliyyətini yüksək qiymətləndirir və əmin olduğunu bildirir ki, bu əməkdaşlıq bundan sonra da inkişaf edəcək”, - deyə Fuad Ələsgərov xüsusi vurğulayıb.
Agentliyin direktoru Qəzənfər Əhmədov tədbirdə çıxış edərək qurumun tarixindən danışıb.Qeyd edilib ki, Agentliyin iş tempinin dayanıqlı olması, mina təhlükəsi ilə mübarızə proqramının inkişafı və səmərəli işləməsi üçün şəraitin yaradılması prezident İlham Əliyevin bu sahəyə daimi diqqət və qayğısı sayəsində mümkün olub. Qəzənfər Əhmədov Agentliyin yaradılmasının 20 illiyi münasibətilə prezident İlham Əliyevin imzaladığı Sərəncamla qurumun 20 əməkdaşının müxtəlif orden və medallarla təltif edilməsini kollektivə göstərilən yüksək diqqət və qayğı ilə yanaşı, böyük etimad olduğunu vurğulayıb. O, yüksək diqqət və qayğıya görə ANAMA-nın kollektivi adından dövlət başçısına dərin minnətdarlığını bildirib.
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai ANAMA-nın yaradılmasının 20 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, humanitar minatəmizləmə fəaliyyətlərində göstərdiyi beynəlxalq standartlara cavab verən peşəkarlığa, müfəssəl metodoloji proqramlarına görə ANAMA BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi tərəfindən "Mükəmməllik sertifikatı"na layiq görülüb.
Tədbirdə çıxış edən İordaniya Haşimilər Krallığının şahzadəsi, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri Mirad bin Raad əl-Hüseyn deyib ki, Agentlik son 20 il ərzində böyük işlər görüb. Bu yeni nailiyyətlərin qazanılması üçün başlanğıcdır. ANAMA İordaniyanın müvafiq qurumu ilə ərazilərin hərbi sursatlardan təmizlənməsi sahəsində fəal əməkdaşlıq edir.
Sonda ANAMA-nın 20 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb