NATO Gürcüstana Aralıq dənizində təhlükəsizlik üzrə əməliyyatlarda tərəfdaş statusu verib.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin rəisi, general-mayor Nikoloz Şaradze məlumat verib.
Onun sözlərinə görə, bu qərar alyans tərəfindən Gürcüstan sahil mühafizəsinin taktiki bölmələrinin NATO-nun 4 illik qiymətləndirmə proqramını uğurla keçdikdən sonra qəbul edilib.