logo

İtaliya Azərbaycanın dəmir yolu ilə yüklərini Mərkəzi Asiyaya daşımağa başlayır

18:32 18-07-2018 | icon 2702
İtaliya Azərbaycanın dəmir yolu ilə yüklərini Mərkəzi Asiyaya daşımağa başlayır

“ADY Konteyner” şirkəti İtaliyadan gələn yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə İran və ya Mərkəzi Asiya ölkələri və Çinə nəql edilməsi üçün sınaq daşımalarına başlayır.

YeniAvropa xəbər verir  ki, bu haqda  “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərov bildirib. Onun sözlərinə görə bu yaxınlarda “İtaliya Milli Dəmir Yolları” ilə yüklərin İtaliyanın Triest və Bari limanlarından Türkiyənin Mersin limanına çatdırılaraq, oradan da Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçərək, İran və ya Mərkəzi Asiya ölkələri və Çinə nəqli perspektivləri müzakirə olunub. Artıq bu barədə razılığa gəlinib və tezliklə bu istiqamətdə sınaq daşımalarına başlanılacaq.