Çin 2026-cı ildə Venera planetinə pilotsuz kosmik missiya göndərmək niyyətindədir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, VOICE adlanan missiya 2026-cı ildə Günəş sisteminin ən isti və ən parlaq planetinə yollanacaq və 2027-ci ildə onun orbitinə daxil olacaq. Veneranın səthindən 350 kilometr məsafədə uçacaq aparat planetin geoloji təkamülünü, atmosferindəki istiliyi və kimyəvi prosesləri, həmçinin hər hansı həyat formasının mövcudluğunu tədqiq edəcək.
Missiya hələlik Çin hakimiyyəti tərəfindən təsdiqlənməyib və hazırda büdcə, texnoloji hazırlıq və uçuş qrafiki baxımından digər layihələrlə birgə nəzərdən keçirilir.
Qeyd edək ki, NASA və Avropa Kosmik Agentliyi də hazırda Veneraya missiya göndərmək üzərində iş aparır. Bundan başqa, Amerikanın “RocketLab” kompaniyası gələn il həmin planetə özəl missiyaya yollamaq niyyətindədir.