Azərbaycanda təxminən yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iyulun 18-də keçirilən Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlığa həsr olunmuş “dəyirmi masa”nın açılışında deyib.
O bildirib ki, bu “dəyirmi masa”da təşkil olunan görüşlər İtaliya və Azərbaycan iş adamları arasında əlaqələrin genişləndirilməsinə şərait yaradacaq.