Ermənistan Silahlı Qüvvələrinə yeni baş qərargah rəisi təyin olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinə baş qərargah rəisi vəzifəsini Edvard Asryan icra edəcək.
Qeyd olunur ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan bu barədə fərman imzalayıb.
Sənəddə onun 5 il müddətinə bu vəzifəni icra edəcəyi göstərilir.