logo

Sinqapur Şri-Lanka prezidentinə sığınacaq verdi

13:53 14-07-2022 | icon 3577
Sinqapur Şri-Lanka prezidentinə sığınacaq verdi

Şri-Lankanın prezidenti postundan istefa verən Qotabaya Racapaksa Maldiv adalarını tərk edərək sığınacaq aldığı Sinqapura yola düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə yerli "Daily Mirror" qəzeti məlumat yayıb. Bildirilib ki, sabiq prezident Maldivi bir qədər əvvəl Saudi Airlines kompaniyasına məxsus təyyarə ilə tərk edib.

Qəzetin yazdığına görə, Racapaksa Sinqapura həyat yoldaşı və təhlükəsizlik xidmətinin onunla birgə Kolombodan gəlmiş iki əməkdaşı ilə gedir. Onu təyyarəyə qədər Maldiv müdafiə qüvvələrinin xüsusi təyinatlıları müşayiət edib.

Xatırladaq ki, iyulun 9-da minlərlə insan paytaxt Kolombo küçələrinə çıxaraq dövlət başçısının istefasını tələb edib. Onlar prezidentin və baş nazirin iqamətgahlarını ələ keçiriblər. Aksiyalarda yüzdən çox insan yaralanıb. Qotabaya Racapaksa iyulun 12-də istefası barədə bəyanatı imzalayaraq ölkədən qaçıb.