logo

Rusiya Ukraynanın Vinnitsa şəhərini bombaladı: 12 nəfər ölüb

13:33 14-07-2022 | icon 2660
Rusiya Ukraynanın Vinnitsa şəhərini bombaladı: 12 nəfər ölüb

Rusiyanın Ukraynanın Vinnitsa şəhərinə raket hücumu nəticəsində həlak olan dinc sakinlərin sayı 12 nəfərə çatıb, 30 nəfər isə xəsarət alıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, saat 11:50-də raketlər doqquz mərtəbəli "YubileynıyÜ Sağlamlıq Evinin yaxınlığındakı dayanacağa düşüb, nəticəsində 25 avtomobil yanıb. Hadisə yerində 90 xilasedici çalışır.

Raket hücumu nəticəsində həlak olan və xəsarət alanların sayının artacağı gözlənilir.