logo

İstanbulda Türkiyə,Rusiya, Ukrayna və BMT nümayəndələri taxıl dəhlizini müzakirə edirlər

16:56 13-07-2022 | icon 2877
İstanbulda Türkiyə,Rusiya, Ukrayna və BMT nümayəndələri taxıl dəhlizini müzakirə edirlər

Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının(BMT) nümayəndə heyətləri arasında görüş başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. Bildirilib ki, danışıqlarda iştirak edən nümayəndə heyətləri bu gün səhər İstanbula gəliblər.

Nümayəndə heyətlərinin Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür.