Bu ilin noyabr ayına qədər dünya əhalisinin sayı 8 milyarda çatacaq.
YeniAvropa xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.
Təşkilatın məlumatına görə, dünya əhalisinin sayı artmaqda davam edir, lakin artım tempi aşağı düşüb. Belə ki, 2050-ci ilə qədər Yer kürəsinin sakinlərinin sayı 9,7 milyarda, 2100-cü ilə qədər isə 10,4 milyarda çatacaq.
Eyni zamanda, 2050-ci ilə qədər dünya əhalisinin artımının yarıdan çoxu cəmi 8 ölkədə, o cümlədən Konqo, Misir, Efiopiya, Hindistan və Nigeriyada cəmləşəcək.