“Rossaviasiya” Rusiyanın cənubunda və mərkəzi hissəsində yerləşən 11 aeroportda uçuş məhdudiyyətlərini 2022-ci il iyulun 18-dək uzadılması barədə qərar qəbul edib.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlara qadağa rejimi 2022-ci il iyulun 18-i Moskva vaxtı ilə saat 03:45-ə qədər davam edəcək.
Sərnişinlərə alternativ marşrutlar kimi Volqoqrad, Soçi, Mineralnıye Vodı, Moskva və Stavropol hava limanlarından istifadə tövsiyə olunur. “Rossaviasiya” ölkə ərazisində yerləşən digər aeroportların adi rejimdə fəaliyyət göstərdiyini bildirib. Bundan əlavə, xəttə əlavə qatarlar buraxılıb.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı apardığı müharibə çərçivəsində fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.