İsrail prezidenti İsxak Hersoq telefonla zəng edərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Türkiyə-İsrail münasibətləri və regional məsələlərin də müzakirə edildiyi telefon danışığında prezident Rəcəb Tayyib Ərdoğan mübarək bayram günlərinin hər iki ölkəyə, bölgəyə və bütün dünyaya sülh və əmin-amanlıq gətirməsini arzulayıb.
Liderlər qarşılıqlı həssaslıq və müsbət gündəm əsasında ikitərəfli münasibətlərin konkret addımlarla irəliyə aparılması barədə razılıqlarını ifadə ediblər.