logo

Mövlud Çavuşoğlu Sergey Lavrov və Dmitri Kuleba ilə taxıl dəhlizini müzakirə edib

16:56 07-07-2022 | icon 2408
Mövlud Çavuşoğlu Sergey Lavrov və Dmitri Kuleba ilə taxıl dəhlizini müzakirə edib

"Böyük İyirmilik"(G20) ölkələrinin xarici işlər nazirlərinin İndoneziyanın Bali adasında keçirilən görüşü çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir araya gəliblər.

 YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.

Bildirilir ki, nazir Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə də telefon danışığı aparıb.

Qara dənizdə taxıl ixracatı hər iki müzakirənin əsas mövzularından olub.