Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, payız –qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən, Mehmandarov küçəsində diametri 100 millimetrlik siyirtmənin yenisi ilə əvəzlənməsi, Babək proskekti 5-ci Rezervua küçəsində yeni çəkilmiş diametri 159 millimetrlik qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması, Mehmandarov 66 ünvanında diametri 159 millimetrlik siyirtmənin və Mehmandarov 18 ünvanında 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar iyulun 18-də saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonunun Gəncə və Babək prospektləri, eləcə də S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.
“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.