logo

"Bakcell"in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

17:57 17-07-2018 | icon 2604
"Bakcell"in 4G xidməti ölkənin 30-dan çox bölgəsində

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti daha çox abunəçisinin yüksək keyfiyyətli mobil rabitə xidmətlərindən yararlana bilməsi üçün 4G LTE əhatə dairəsini genişləndirir.Şirkətdən YeniAvropa-ya  verilən məlumatda qeyd edilir ki. “Bakcell”in 4G xidməti artıq Bakı və Abşeron yarımadası, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qəbələ, Lənkəran, Mingəçevir, Şəmkir, Şirvan, Siyəzən rayonları daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. Şirkətin 2018-ci ilin ilk yarısında ölkə ərazisində quraşdırdığı 400-ə yaxın yeni baza stansiyasının 300-dən çoxu 4G-ni dəstəkləyir.

“Azərbaycan bazarında yüksək sürətli mobil internet xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və bunu nəzərə alaraq, şirkətimiz LTE xidmətlərinin əhatə dairəsinin ölkənin bölgələrində genişləndirilməsini də sürətlə həyata keçirməyə davam edir. Artıq Bakı, Abşeron və Gəncə sakinləri ilə yanaşı ölkənin 30-dan çox bölgəsində yaşayan müştərilərimiz  "Bakcell" şirkətinin təqdim etdiyi ən yüksək keyfiyyətli və ultra-sürətli 4G internetindən yararlanmaq imkanına malikdirlər.  "Bakcell" şirkəti öz şəbəkəsinə böyük həcmdə investisiya qoyuluşları sayəsindəvə dünya bazarında mövcud olan ən innovativ texnologiyaları tətbiq etməklə öz LTE şəbəkəsinin Azərbaycanın bölgələrində əhatəsini bundan sonra da genişləndirməyə davam edəcək”, -deyə "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Qeyd edək ki, "Bakcell" Bakı metrosunda 4G xidmətini istifadəyə verən ilk mobil operatordur.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən "Bakcell" şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb.

4G/LTE xidmətlərini daha çox abunəçi üçün əlçatan etmək məqsədilə "Bakcell" şirkəti 4G şəbəkənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.