Sevimli restoranlar şəbəkəsinə mediatur təşkil olunub
İyulun 17-də "MADO Azərbaycan" restoranlar şəbəkəsinə mediatur təşkil olunub. YeniAvropa xəbər verir ki, tədbirdə iştirak edən jurnalistlər "MADO" restoranlar şəbəkəsinin paytaxtımızda fəaliyyət göstərən beş filialı ilə yaxından tanış olub, xidmət zallarında, həmçinin mətbəxdə iş prosesini müşahidə ediblər.
Şirkətin marketinq direktoru Kəmalə Allahverdiya 150 illik tarixə malik dondurma ənənəsini gələcəyə ötürməyi qarşısına məqsəd qoyan MADO Azərbaycan brendinin tarixi, şirkətin əsas missiyası, hədəfləri və Azərbaycan daxil olmaqla bütün ölkələrdə müştəri məmnuniyyəti əldə etmək üçün əsas diqqət edilən məqamlar, beynəlxalq idarəetmə sistemi haqqında məlumat verib. Qida Təhlükəsizliyi şöbəsinin müdiri Babək Məmmədov isə qida təhlükəsizliyi ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Sonda xatirə fotosu çəkilib.
Xatırladaq ki, daim sosial layihələr, xeyriyyə aksiyaları təşkil edən "MADO Azərbaycan" bundan sonra da mütəmadi olaraq mediatur və "açıq qapı" günləri təşkil etməyi planlaşdırır.
Qeyd edək ki, MADO - adı ilə bütövləşdirdiyi Maraş dondurmasını(MA-DO) bütün dünyaya yaymağı və dünya səviyyəsində tanıtmağı qarşısına məqsəd qoyan restoranlar şəbəkəsidir. Türkiyə daxilində 100 Françayzinqi, dünya üzərində Avstraliya, Kipr, İraq, Qətər,BƏƏ, Bolqarıstan və Səudiyyə Ərəbistanından Bəhreyinə qədər françayzinqi olan beynəlmiləl restoran və kafe şəbəkəsi Azərbaycanda 2010-cu ildən fəaliyyətə başlayıb. Hazırda şirkət paytaxt Bakıda özünün 5 şöbəsi ilə təmsil olunur.
Dünyada İtaliyanın Roma şəhərindən sonra dondurma istehsalında lider olan Türkiyənin Kahraman Maraş dondurmalarının qüruru olan MADO ləziz yeməkləri ilə sizlərin yolunuzu gözləyir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb