“Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı (Taarruzi İnsansız Hava Aracı) növbəti test uçuşlarını uğurla həyata keçirərək daha bir rekorda imza atıb.
YeniAvropa Türkiyənin “Baykar Makine” şirkətinin rəsmi saytına istinadla xəbər verir ki, “AKINCI-B” Pilotsuz Döyüş Aparatı bu dəfə ümumilikdə 20 saat 23 dəqiqə uçuş edib.
Qeyd etmək lazımdır ki, istehsal etdiyi pilotsuz uçuş aparatlarının yükgötürmə qabiliyyətini artırmaq, uçuş məsafəsini və saatını uzatmaq, hədəfləri daha dəqiq aşkar etmək və vurmaq kimi üstünlüklər qazandırmaq Türkiyənin “Baykar Makine” şirkətinin başlıca hədəf strategiyasıdır. Məhz bu cəhətlər əsasında aparılan yeniliklər “Bayraktar AKINCI”nı daha geniş tanıdır və ona cəlbediciliyi artırır.
Azərbaycanın iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimlərdə “Bayraktar AKINCI”nın iştirakı da məhz bu uğurların nəticəsidir.
İndiyədək “Bayraktar AKINCI” TİHA üçün 4, “Bayraktar TB2” SİHA üçün 22 ölkə ilə ixracat anlaşması imzalanıb.